Futbol üzrə dünya çempionatının Fransa - İsveç oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar hesabda irəli çıxıblar - 1:0.
45-ci dəqiqədə Kilian Mbappe fərqlənib.
01:00
Futbol üzrə dünya çempionatının Fransa - İsveç oyunu başlayıb.
"Report"un məlumatına görə, 1/16 final mərhələsinin matçı Nyu-York/Nyu-Cersi stadionunda keçirilir.
Qarşılaşmanı niderlandlı FIFA referisi Danni Makkeli idarə edir.