ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
"Report"un məlumatına görə, E qrupunda Fildişi Sahili - Ekvador komandaları qarşılaşıblar. Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Matçın ikinci hissəsində Fildişi Sahili son dəqiqələrdə hesabı açıb – 1:0.
Qeyd edək ki, qrupun ilk matçında Almaniya Kurasao yığmaları üz-üzə gəlib. Qarşılaşma Avropa təmsilçisinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.