"Zirə"dən ayrılan futbolçu Fuad Bayramov karyerasını I Liqada davam etdirəcək.
"Report" xəbər verir ki, "Səbail" 28 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb.
Oyunçunun müqaviləsinin müddəti hələlik açıqlanmayıb.
Xatırladaq ki, Fuad Bayramov karyerası ərzində "Şamaxı" və "Turan Tovuz" klublarının da formasını geyinib.