Fransa Seneqalla oyunda keyfiyyəti hesabına gedişatı dəyişib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Seneqal millisinin baş məşqçisi Pap Tyav Fransaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:
"İlk hissədə yaxşı oynadıq və epizodlarımız oldu. Fransa isə keyfiyyəti hesabına oyunun gedişini dəyişdi və qələbə qazandı. Növbəti matçlara baxacağıq. Uğurlu nəticə qazanmaq istəyirik".
Qeyd edək ki, Fransa – Seneqal matçı 3:1 hesabı ilə yekunlaşıb.