Norveç millisinin hücumçusu Erlinq Holann DÇ-2026-nın bombardirlər siyahısında liderlər sırasına yüksəlib.
"Report" xəbər verir ki, 25 yaşlı futbolçu Braziliya yığmasına qarşı keçirilən 1/8 final oyununda dubla imza ataraq komandasının 2:1 hesablı qələbəsində əsas pay sahibi olub. Bununla da Holann turnirdə vurduğu qolların sayını 7-yə çatdırıb.
Norveçli forvard bu göstərici ilə Fransa millisinin futbolçusu Kilian Mbappe və Argentinanın kapitanı Lionel Messi ilə birlikdə bombardirlər siyahısına başçılıq edir. Bununla belə, Argentina seçməsi 1/8 final mərhələsindəki oyununu hələ keçirməyib.
Qeyd edək ki, bu, Erlinq Holannın karyerasında ilk dünya çempionatıdır. Norveç millisi isə 1998-ci ildən sonra ilk dəfə mundialın final mərhələsində iştirak edir. Komanda 1/4 finalda Meksika – İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək.