Futbol üzrə dünya çempionatında Belçika və Seneqal yığmaları arasında keçirilən 1/16 final oyununun ən yaxşı futbolçusu bəlli olub.
"Report" xəbər verir ki, avropalıların heyətində Yuri Tilemans oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, yarımmüdafiəçi komandasının 3:2 hesablı qələbəsi ilə başa çatan matçda iki qol vurub.