Futbol üzrə dünya çempionatında ABŞ və Belçika yığmaları arasında keçirilən 1/8 final oyununun ən yaxşı futbolçusu bəlli olub.
"Report" xəbər verir ki, avropalıların heyətində Şarl de Ketelare oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, hücumçu komandasının 4:1 hesablı qələbəsi ilə başa çatan matçda iki qol vurub.