Futbol üzrə dünya çempionatında Almaniya və Paravqay yığmaları arasında keçirilən 1/16 final matçının ən yaxşı oyunçusu müəyyənləşib.
"Report" xəbər verir ki, Cənubi Amerika təmsilçisinin heyətində qapıçı Orlando Hil oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, qolkiper görüş ərzində komandasını bir neçə dəfə real qol vəziyyətindən xilas edib. O, penaltilər seriyasında iki zərbəni dəf edərək komandasını 1/8 final mərhələsinə daşıyıb.