top
Dieqo Forlan Uruqvay yığmasının baş məşqçisi təyin edilib Report.az
13 July 2026, 04:36
- ↺ +

Dieqo Forlan Uruqvay yığmasının baş məşqçisi təyin edilib

2010-cu il dünya çempionatının ən yaxşı futbolçusu Dieqo Forlan Uruqvay milli komandasının baş məşqçisi vəzifəsinə təsdiqlənib.

"Report" xəbər verir ki, bu barədə "Marca" nəşri Uruqvay Futbol Assosiasiyasının (UFA) rəhbəri İqnasio Alonsoya istinadən məlumat yayıb.

Müqavilə 2027-ci ilin martınadək bağlanıb. Müddət başa çatdıqdan sonra assosiasiya Forlanla gələcək əməkdaşlıq barədə qərar verəcək. Bu, UFA-nın qarşıdan gələn prezident seçkiləri ilə əlaqədardır. Belə ki, təşkilat hələlik uzunmüddətli müqavilə imzalamağa hazır deyil.

Forlan bu postda 2023-cü ildən komandaya rəhbərlik edən Marselo Byelsanı əvəzləyib. Argentinalı mütəxəssisin rəhbərliyi altında yığma 2026-cı il dünya çempionatına vəsiqə qazansa da, heç bir qələbə qazanmayaraq çıxışını qrup mərhələsində başa vurub. Qrupda uruqvaylılar Səudiyyə Ərəbistanı (1:1) və Kabo Verde (2:2) yığmaları ilə heç-heçə edib, həmçinin İspaniya komandasına (0:1) məğlub olublar.

Forlanın 47 yaşı var. O, 2019-cu ilin dekabrında Uruqvayın "Penyarol" klubunun baş məşqçisi vəzifəsini tutub, lakin 2020-ci ilin sentyabrında vəzifəsindən kənarlaşdırılıb. 2021-ci ilin martında mütəxəssis Uruqvayın "Atenas" komandasını qəbul edib və orada yarım il çalışıb.

Futbolçu karyerası dövründə Forlan İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Vilyarreal" və "Atletiko", Milanın "İnter" klublarının rənglərini qoruyub, həmçinin Argentina, Braziliya, Yaponiya, Hindistan və Honkonq klublarında çıxış edib. "Mançester Yunayted"in heyətində uruqvaylı İngiltərə çempionu titulunu (2003), İngiltərə Liqa Kubokunu (2003) və İngiltərə Kubokunu (2004) qazanıb, "Atletiko" ilə Avropa Liqasında (2010) və UEFA Superkubokunda (2010) qalib gəlib, həmçinin "Vilyarreal"a İntertoto Kubokunu (2004) qazanmağa kömək edib.

Uruqvay yığmasının heyətində Forlan 112 oyun keçirib və 36 qolla fərqlənib. O, milli komandanın ən yaxşı bombardirləri reytinqində üçüncü pillədə qərarlaşıb. 2011-ci ildə hücumçu Amerika Kubokunu qazanıb. Bu, Uruqvay yığmasının bu günə qədər olan sonuncu trofeyidir. 2010-cu il dünya çempionatında Uruqvay komandası bürünc medal uğrunda görüşdə Almaniya yığmasına məğlub olaraq (2:3) dördüncü yerdə qərarlaşıb. Forlan yeddi görüşdə rəqiblərin qapısına beş dəfə yol taparaq həmin turnirin ən yaxşı snayperi və oyunçusu olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Judo
Today, 11:59

Süleyman Şükürov dünya çempionatının ikinci mərhələsində məğlub oldu

Football
Today, 10:41

“Sabail” transferred “Sertan Tashkin”;

Football
Today, 10:19

Deklan Rays Arsenal ilə yeni uzunmüddətli müqavilə bağlamağa yaxınlaşır

Qarabagh FC
Today, 06:23

Qarabag's 18-year-old striker Ali Ibrahim will be sent on trial to Olympiacos B team

Football
Yesterday, 21:26

The Azerbaijan women's national team will play a friendly match with Antalyaspor

Judo
Yesterday, 20:41

Ömər Rəcəbli dünya çempionatında qazandığı bürünc medalı atasına həsr edib

Football
Yesterday, 19:28

AFFA manager Kifayat Mustafayeva received a UEFA appointment and will represent in the European zone women's championship play‑off match

Football
Yesterday, 16:40

Azerbaijan national team fell one step in the FIFA ranking;

Olympics
Yesterday, 12:44

Azerbaijan Paralympic shooting team holds joint training with Russian team

Football
Yesterday, 11:40

The appearance of Neftçi's midfielder in Messi's farewell match;

Football
Yesterday, 11:17

Tomas Tuxel İngiltərə milli komandası tarixində 20 qalibiyyət rekordu qırdı

Football
Yesterday, 06:16

Lionel Messi remembered for a penalty goal and two productive passes in the 71st minute

Football
Yesterday, 06:03

Messi Argentina millisində vida matçını 3-0 Benin qalibi ilə tamamladı

Football
Yesterday, 04:16

Harry Kane matches Peter Shilton's record with his 125th game

Football
06 October 2026, 23:14

De Jong joined Barcelona's joint training after knee injury

Basketball
06 October 2026, 22:21

Neftçi basketbol komandası FIBA Avropa Kubokunda ilk oyununu 58:78 hesabı ilə Yunanıstanın Mikonosuna məğlub etdi

Football
06 October 2026, 21:26

Lithuanian goalkeeper: After Azerbaijan's goal they switched to defense and gave us trouble;

Football
06 October 2026, 18:28

Ruy Jorje: Azərbaycan U-20 millisi hələ yolun başlanğıcındadır, gələcəkdə inkişaf planları

Football
06 October 2026, 18:13

AFFA fined the sports director of Şahdağ Qusar club

Football
06 October 2026, 16:40

Liverpool target Michael Kayode for a £50‑55 million transfer;

Football
06 October 2026, 14:44

Litvalı baş məşqçi Edqaras Yankauskas Azərbaycan millisi ilə oyundan sonra vəzifəsindən istefa verdi

Football
06 October 2026, 12:38

Maykl Olise Fransa millisində 1958-ci ildən bəri ən yaxşı qol‑ötürmə göstəricisinə imza atdı

Volleyball
06 October 2026, 11:04

U-20 women's volleyball team will train in Izmir

Football
06 October 2026, 10:35

Our U-20 national football team will face Japan;

Related news