Seneqal millisi Fransa ilə qarşılaşmanın ilk yarısında rəqibinə çətinlik yaradıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam Seneqala qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:
"Seneqal ilk hissədə bizə çətinlik yaratdı. Fasilədən sonra oyuna daha yaxşı nəzarət etdik və üstünlüyü ələ aldıq. Düşünürəm ki, layiq olduğumuz qalibiyyəti əldə etdik".
Qeyd edək ki, Fransa – Seneqal matçı 3:1 hesabı ilə yekunlaşıb.