Futbol üzrə dünya çempionatının İraq - Norveç oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Boston stadionunda keçirilən I qrupunun matçında avropalılar yenidən hesabda irəli çıxıblar - 2:1.
43-cü dəqiqədə Erlinq Holann dubl müəllifi olub.
02:42
Futbol üzrə dünya çempionatının İraq - Norveç oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Boston stadionunda keçirilən I qrupunun matçında İraq hesabı bərabərləşdirib - 1:1.
39-cu dəqiqədə Ayman Husseyn başla dəqiq oynayıb.
02:32
Futbol üzrə dünya çempionatının İraq - Norveç oyununda ilk qol səsi eşidilib.
"Report"un məlumatına görə, Boston stadionunda keçirilən I qrupunun matçında Avropa təmsilçisi hesabı açıb - 1:0.
29-cu dəqiqədə Erlinq Holann fərqlənib.
02:01
Futbol üzrə dünya çempionatının İraq - Norveç oyunu başlayıb.
"Report"un məlumatına görə, I qrupunun matçı Boston stadionunda keçirilir.
Qarşılaşmanı qabonlu FIFA referisi Pyer Aço idarə edir.