Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) əlverişsiz hava şəraiti səbəbindən 2026-cı ilin dünya çempionatının Meksika və İngiltərə milliləri arasında 1/8 final matçını təxirə salmağı nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qarşılaşma Mexiko şəhərindəki "Astek" stadionunda keçiriləcək. Matçın iyulun 6-a keçən gecə, Bakı vaxtı ilə saat 3:00-da başlaması planlaşdırılır.
Mənbənin məlumatına görə, oyunun başlama vaxtı yerli vaxtla saat 21:00-a təxirə salına bilər, lakin hələ yekun qərar verilməyib.