DÇ-2026-nın 1/8 final mərhələsində Meksika və İngiltərə milli komandaları arasında keçiriləcək oyunun başlama vaxtı hava şəraiti səbəbindən bir saat təxirə salınıb.
"Report" xəbər verir ki, Bu barədə FIFA məlumat yayıb.
Gecikməyə stadion ətrafında ildırım və şimşək təhlükəsi səbəb olub. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 04:00-a planlaşdırılmışdı.
Oyun saat 05:00-da Meksikanın Mexiko şəhərində yerləşən "Mexiko" stadionunda keçiriləcək. Bu, Meksikanın ev sahibliyi etdiyi turnirdə son matç olacaq. Görüşün qalibi 1/4 finalda Norveç seçməsi ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.