Belçika və Seneqal yığmaları arasında keçirilən futbol üzrə dünya çempionatının 1/16 final mərhələsinin oyununda meydana azarkeş daxil olub.
"Report" xəbər verir ki, hadisə matçın ilk hissəsi zamanı baş verib.
Təhlükəsizlik əməkdaşları qısa müddətdə azarkeşi meydandan uzaqlaşdırıb və qarşılaşma davam etdirilib.
Qarşılaşma Belçika seçməsinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.