Futbol üzrə dünya çempionatında İsveçrə Əlcəzairi məğlub edib.
"Report"un məlumatına görə, "BC Palace" stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 2:0 hesablı qələbə qazanıblar.
Brel Embolo (10) və Dan Ndoye (46) fərqlənən futbolçular olublar.
08:07
Futbol üzrə dünya çempionatının İsveçrə - Əlcəzair oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, "BC Palace" stadionunda keçirilən 1/16 final mərhələsinin matçında isveçrəlilər fərqi bir qədər də artırıblar - 2:0.
46-cı dəqiqədə Dan Ndoye qapını dəqiq nişan alıb.
08:05
Futbol üzrə dünya çempionatının İsveçrə - Əlcəzair oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, "BC Palace" stadionunda keçirilən 1/16 final mərhələsinin matçında isveçrəlilər hesabda öndədirlər - 1:0.
10-cu dəqiqədə Brel Embolo fərqlənib.
07:49
Futbol üzrə dünya çempionatının İsveçrə - Əlcəzair oyununda ilk hissə bitib.
"Report"un məlumatına görə, "BC Palace" stadionunda keçirilən 1/16 final mərhələsinin matçında isveçrəlilər fasiləyə öndə yollanıblar - 1:0.
10-cu dəqiqədə Brel Embolo fərqlənib.
07:11
Futbol üzrə dünya çempionatının İsveçrə - Əlcəzair oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, "BC Palace" stadionunda keçirilən 1/16 final mərhələsinin matçında isveçrəlilər hesabda önə keçiblər - 1:0.
10-cu dəqiqədə Brel Embolo fərqlənib.
07:00
Futbol üzrə dünya çempionatının İsveçrə - Əlcəzair oyunu başlayıb.
"Report"un məlumatına görə, 1/16 final mərhələsinin matçı "BC Palace" stadionunda keçirilir.
Qarşılaşmanı argentinalı FIFA referisi Yael Falkon idarə edir.