Futbol üzrə dünya çempionatının Braziliya - Haiti oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Filadelfiya stadionunda keçirilən C qrupunun II turunun matçında "sambaçılar" hesabda irəli çıxıblar - 1:0.
23-cü dəqiqədə Mateus Kunya fərqlənib.
04:30
Futbol üzrə dünya çempionatının Braziliya - Haiti oyunu başlayıb.
"Report"un məlumatına görə, C qrupunun II turunun matçı Filadelfiya stadionunda keçirilir.
Qarşılaşmanı ispaniyalı FIFA referisi Alexandro Xose Ernandes idarə edir.