Futbol üzrə dünya çempionatında Belçika İranla qarşılaşıb.
"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən G qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.
Avropalılar qarşılaşmanı 10 nəfərlə başa vurublar. Natan Nqoy 66-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
00:12
Futbol üzrə dünya çempionatının Belçika - İran oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən G qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı argentinalı FIFA referisi Dario Errera idarə edir.
21 iyun, 23:54
Futbol üzrə dünya çempionatının Belçika - İran oyununda ilk hissə bitib.
"Report"un məlumatına görə, Los-Anceles stadionunda keçirilən G qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.
Qarşılaşmanı argentinalı FIFA referisi Dario Errera idarə edir.
21 iyun, 23:00
Futbol üzrə dünya çempionatının Belçika - İran oyunu başlayıb.
"Report"un məlumatına görə, G qrupunun II turunun matçı Los-Anceles stadionunda keçirilir.