Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ilk hissə bitib.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabda irəlidədir - 1:0.
15-ci dəqiqədə Yasser İbrahim başla "çərçivə"ni dəqiq nişan alıb.
Qarşılaşmanın 21-ci dəqiqəsində Argentina yığmasının kapitanı Lionel Messi penalti zərbəsindən yararlana bilməyib. Onun vuruşunu rəqib qapıçı Mustafa Şubir qaytarıb.
20:19
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ilk qol vurulub.
"Report"un məlumatına görə, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.
15-ci dəqiqədə Yasser İbrahim başla "çərçivə"ni dəqiq nişan alıb.
20:00
Futbol üzrə dünya çempionatının Argentina - Misir oyunu başlayıb.
"Report"un məlumatına görə, 1/8 final mərhələsinin matçı Atlanta stadionunda keçirilir.
Qarşılaşmanı fransalı FIFA referisi Fransua Leteksye idarə edir.