İspaniyanın "Barselona" klubu "Valensiya"nın futbolçusu Xavi Qerranı transfer etməyi düşünür.
"Report" xəbər verir ki, bu barədə "El Nacional" qəzeti məlumat yayıb.
Kataloniya təmsilçisi 23 yaşlı yarımmüdafiəçini yayda heyətinə qatmaq niyyətindədir. Ölkə çempionu oyunçu üçün danışıqlara da başlayıb.
Xatırladaq ki, Xavi Qerra ötən mövsüm bütün turnirlərdə keçirdiyi 40 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Valensiya" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.