Azərbaycanın futbol hakimlərinin təlim-məşq toplanışı Bakıda təşkil olunacaq.
Bu barədə "Report"un sorğusuna cavab olaraq AFFA-nın mətbuat xidmətindən bildirilib.
Ədalət təmsilçilərinin hazırlıq prosesi avqustun 1-5-i aralığında baş tutacaq.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək.