Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik DÇ-2026-nın qrup mərhələsinin III turunda Əlcəzairlə matçda (3:3) komandanın son 90 saniyədə geri dönüş etməsini inanılmaz adlandırıb.
"Report" xəbər verir ki, mütəxəssis bunu oyundan sonra mətbuat konfransında bildirib.
"Düzünü desəm, son 90 saniyədə baş verənlərə görə söz tapa bilmirəm. Əsas vaxt demək olar ki, artıq başa çatmışdı, lakin edilən əvəzetmə ilə oyuna qayıtmağı bacardıq. Bu, inanılmazdır".