Dünya çempionatının J qrupunun Avstriya - İordaniya oyununun ən yaxşı futbolçusu bəlli olub.
"Report"un məlumatına görə, iordaniyalı Ali Olvan bu ada layiq görülüb.
Xatırladaq ki, Avstriya rəqibini 3:1 hesabı ilə üstələyib. A.Olvan qarşılaşmada komandasının yeganə qolunun müəllifi olub.