Portuqaliyanın "Sportinq" klubunun yarımmüdafiəçisi Morten Yulmann "Atletiko"ya (İspaniya) keçib.
"Report" xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Danimarka yığmasının 27 yaşlı üzvü ilə 2031-ci ilin iyununa kimi müqavilə bağlanıb.
Bu keçidin 40 milyon avroya başa gəldiyi bildirilir.
Morten Yulmann 2023-cü ildən "Sportinq"də oynayırdı. O, Lissabon klubunda 141 matç keçirib, 10 qol vurub və 12 məhsuldar ötürmə edib.