top
AFFA və WUF13 Əməliyyat Şirkəti Futbolda davamlı idarəetmə mövzusunda birgə seminar təşkil edib Report.az
24 April 2026, 16:01
- ↺ +

AFFA və WUF13 Əməliyyat Şirkəti "Futbolda davamlı idarəetmə" mövzusunda birgə seminar təşkil edib

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində Azərbaycanda qəbul edilmiş AZS ISO 20121:2026 "Tədbir davamlılığının idarəetmə sistemləri" dövlət standartının idman tədbirlərində tətbiqinə dair ilk məlumatlandırma sessiyası keçirilib.

"Report" bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir.

Məlumata görə, Şirkətin AFFA ilə əməkdaşlığı çərçivəsində "Futbol təşkilatçılığı sahəsində tədbirlərin davamlı idarə edilməsi" mövzusunda seminar təşkil olunub.

Seminarda AFFA-nın işçi heyəti, eləcə də Peşəkar Futbol Liqası (PFL), Futbolun İnkişafı Fondu (FİF), Misli Premyer Liqası və I Liqa klublarının nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən AFFA-nın baş katibinin müavini Kamran Vəliyev vurğulayıb ki, forum davamlı inkişaf, inklüzivlik və müasir idarəetmə prinsiplərinin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformalardan biridir: "Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi həm böyük məsuliyyət yaradır, həm də beynəlxalq standartların müxtəlif sahələrdə, o cümlədən futbolda tətbiqi üçün geniş imkanlar açır. Bu istiqamətdə WUF13 Azərbaycan Əməliyyat Şirkəti rəhbərliyi ilə birgə mühüm addımlar atmışıq. Əsas məqsədimiz yalnız futbolun inkişafı deyil, eyni zamanda ətraf mühitə, cəmiyyətə, gələcək nəsillərə qarşı məsuliyyətli yanaşmanı təşviq edən dayanıqlı futbol mühiti formalaşdırmaqdır".

Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva çıxış edərək idmanın şəhərlərin inkişafında və şəhərsalma planlamasına inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, idman inklüzivliyi təşviq edən, sağlam həyat tərzini dəstəkləyən və yaşayış məskənlərinin dayanıqlığını gücləndirən əsas şəhər xidmətlərindən biridir.

AZS ISO 20121:2026 dövlət standartının tətbiqi ölkədə keçirilən tədbirlərin dayanıqlılıq prinsiplərinə uyğun şəkildə planlaşdırılması və idarə olunması üçün zəruri institusional çərçivə yaradır. Bu yanaşma nəticə etibarilə həm şəhər ekosisteminə ekoloji baxımdan müsbət təsir göstərəcək, həm də tədbir sənayesində yeni bir mədəniyyətin yaranmasına əhəmiyyətli töhfə verəcək.

WUF13 ekoloji və inklüziv prinsiplərə əsaslanaraq təşkil olunacaq. Tədbirin mövcud infrastrukturdan istifadə olunaraq Bakı Olimpiya Stadionunda təşkili və resursların daha səmərəli istifadəsi əsas istiqamətlərdəndir.

Seminar çərçivəsində həmçinin WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv məzmun üzrə şöbə müdiri Cəmilə İsmayılzadə, Koordinasiya üzrə baş inzibatçısı Əfqan Mehtiyev, Təşkilati inkişaf və insan kapitalı üzrə baş inzibatçısı Tural Məmmədov, EY Azərbaycan şirkətinin İqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə məsləhət xidmətləri üzrə baş meneceri Mirzə Əliyev və baş mütəxəssisi Nərgiz Əhmədzadə çıxış edərək mövzu üzrə təqdimatlar etmiş və tədbirin önəmindən bəhs ediblər.

Çıxışlar zamanı "İdmanın şəhər planlamasına inteqrasiyası", "Futbol turnirlərində dayanıqlılıq və hesabatlılığın rolu", "Tədbirin uğurla keçirilməsi üçün planlaşdırma, icra və risklərin idarə olunması" kimi mövzular barədə ətraflı məlumat verilib və fikir mübadiləsi aparılıb.

AFFA və WUF13 Əməliyyat Şirkəti Futbolda davamlı idarəetmə mövzusunda birgə seminar təşkil edib AFFA və WUF13 Əməliyyat Şirkəti Futbolda davamlı idarəetmə mövzusunda birgə seminar təşkil edib AFFA və WUF13 Əməliyyat Şirkəti Futbolda davamlı idarəetmə mövzusunda birgə seminar təşkil edib AFFA və WUF13 Əməliyyat Şirkəti Futbolda davamlı idarəetmə mövzusunda birgə seminar təşkil edib AFFA və WUF13 Əməliyyat Şirkəti Futbolda davamlı idarəetmə mövzusunda birgə seminar təşkil edib AFFA və WUF13 Əməliyyat Şirkəti Futbolda davamlı idarəetmə mövzusunda birgə seminar təşkil edib AFFA və WUF13 Əməliyyat Şirkəti Futbolda davamlı idarəetmə mövzusunda birgə seminar təşkil edib AFFA və WUF13 Əməliyyat Şirkəti Futbolda davamlı idarəetmə mövzusunda birgə seminar təşkil edib AFFA və WUF13 Əməliyyat Şirkəti Futbolda davamlı idarəetmə mövzusunda birgə seminar təşkil edib AFFA və WUF13 Əməliyyat Şirkəti Futbolda davamlı idarəetmə mövzusunda birgə seminar təşkil edib AFFA və WUF13 Əməliyyat Şirkəti Futbolda davamlı idarəetmə mövzusunda birgə seminar təşkil edib AFFA və WUF13 Əməliyyat Şirkəti Futbolda davamlı idarəetmə mövzusunda birgə seminar təşkil edib
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
12 October 2026, 11:51

Nearly 51,000 tickets sold for the “Sabah” vs “Slavia” match – statement to KLUBDAN İDMAN.BİZ

Football
12 October 2026, 11:07

Harry Kane could extend his contract with Bayern until the summer of 2030.

Football
12 October 2026, 09:44

Real Madrid's forward Vinicius Junior has split from his girlfriend

Football
12 October 2026, 09:33

Duşan Vlahoviç debütündən sonra 4 ardıcıl matçda qol vurar, Beşiktaşın XXI əsr rekordunu qırdı

Football
11 October 2026, 22:55

Turan Tovuz beat Şəfa 0:1 - Video review

Qarabagh FC
11 October 2026, 22:25

İmişli – Qarabağ (0:2) match video recap

Judo
11 October 2026, 20:11

Azərbaycan Güləş Federasiyası Cüdo Federasiyasını dünya çempionatındakı tarixi nəticələr münasibətilə təbrik edib

Qarabagh FC
11 October 2026, 09:35

Misli Premyer Liqasında VII turun iki oyunu bu gün yekunlaşdırılacaq

Basketball
10 October 2026, 22:58

"Neftçi" started the season by defeating "Ordu" 83-79, while "LANDAU Lions" beat NTD 102-68;

Basketball
10 October 2026, 09:49

Azərbaycan Basketbol Liqasının II turunda "LANDAU Lions" NTD və "Neftçi" "Ordu" ilə qarşılaşacaq

Football
10 October 2026, 00:41

Azerbaijan women's national team defeated Antalyaspor 2-1.

Football
10 October 2026, 00:33

Video presentation of the 0:0 draw of the Neftçi‑Sabah match

Football
09 October 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Football
09 October 2026, 19:49

Turkish Football Federation dismissed Montella

Football
09 October 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Football
09 October 2026, 12:55

Asif Əliyev: Neftçi və Sabah arasındakı matçda nəticənin heç‑heçə olacağını gözləyir

Football
09 October 2026, 11:31

Mikel Arteta, Arsenalla yeni müqavilə imzalayaraq, dünyanın ən yüksək maaşlı baş məşqçisi oldu

Basketball
09 October 2026, 10:39

ABL will host Sumqayıt against Nakhchivan at home in the second round;

Football
09 October 2026, 05:14

Ancelotti broke a record in Brazil's national team by achieving the lowest win percentage

Football
08 October 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Judo
08 October 2026, 22:46

Judo World Championship held in Baku: Azerbaijan in third place

Football
08 October 2026, 21:23

UEFA appoints AFFA chief for Women's World Cup 2027 qualifying match

Judo
08 October 2026, 19:39

Murad Fətiyev: Dünya çempionatında medallarımızın sayı artacaq

Football
08 October 2026, 19:25

"Imishli" PFK – Zamir Hasanov and Rasul Allahverdiyev part ways;

Related news