Fransanın PSJ klubu futbolçusu Adam Ayari ilə peşəkar müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Paris təmsilçisi məlumat yayıb.
18 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Xatırladaq ki, PSJ-nin yetirməsi olan Adam Ayari altı yaşından klubdadır. O, U-19 komandasında 20 matçda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Fransanın gənclər komandasına müntəzəm dəvət alan oyunçu hazırda U-19 yığmasının üzvüdür.