Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Tələbə Basketbol Liqasının 2025/2026 mövsümünə yekun vurulub.
"Report"un məlumatına görə, üçüncü yer uğrunda görüşdə Azərbaycan Dövlət İqtisad Universitetinin komandası Bakı Dövlət Universitetinin komandasına qalib gəlib.
Final oyununda Azərbaycan Texniki Universitetinin kollektivi Azərbaycan İdman Akademiyasının komandasını məğlub edərək yarışın qalibi olub.
Oyunlardan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Elm və Təhsil Nazirliyinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Basketbol Federasiyasının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Tələbə Basketbol Liqası Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilir. 8 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı liqaya 2025-ci ilin noyabrında start verilmişdi.