Azərbaycanın alpinistləri 8 Noyabr - Zəfər Günü münasibətilə Quba rayonunda yerləşən Xarıbülbül zirvəsinə yürüş ediblər.
İdman.Biz xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən yürüş dəniz səviyyəsindən 2783 metr yüksəklikdə yerləşən zirvəyə təşkil olunub.
Tədbirin əsas məqsədi tarixi Zəfərin rəmzi olan milli birlik və vətənpərvərlik dəyərlərini təbliğ etmək, eyni zamanda təbiətlə təması gücləndirmək və dağ turizminə marağı artırmaq olub.
Yürüş iştirakçıları Xarıbülbül zirvəsinə qalxaraq Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıblar.