top
“Vətən” dərgisinin “Persona Grata” təqdim olundu Sport24.az
16 sentyabr 2024, 18:33
- ↺ +

“Vətən” dərgisinin “Persona Grata” təqdim olundu

Ötən gün Bakıda Turan Araşdırmaları Mərkəzinin dəstəyi ilə "Vətən" dərgisinin təsis etdiyi "Persona Grata" döş nişanının təltifetmə mərasimi keçirilib. Sport24.az xəbər verir ki, 1918-ci ilin sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının qurtuluşu ərəfəsinə təsadüf edən, paytaxtın "İmperator" restoranının konfrans salonunda düzənlənmiş, tədbirdə Azərbaycandan və xarici ölkələrdən dəvət olunmuş elm, mədəniyyət, incəsənət xadimləri və media nümayəndələri iştirak edib.

 

Mərasimi giriş sözü ilə açan "Vətən" dərgisinin baş redaktoru, iqtisad üzrə fəlsəfə doktoru Namik Murad tədbir iştirakçılarını salamladı. O, 2002---2007-ci illərdə Rusiyada yayınlanan "Vətən" qəzeti, habelə onun davamı olaraq bu il yenidən nəşrə başlayan eyni adlı dərginin təsis etdiyi "Persona Grata" fəxri döş nişanı haqqında ətraflı məlumat verdi. Məruzədə o da qeyd olundu ki, "Persona Grata" döş nişanı ildə bir dəfə, "Vətən" dərgisi redaksiya heyətinin qərarı ilə üç nominasiya üzrə - humanitar elmlər, dəqiq elmlər və incəsənət sahəsində müstəsna xidmətləri olan və Azərbaycanı xarici ölkələrdə layiqincə tanıdan şəxslərə verilir.

 

N.Murad daha sonra laureatlara - respublikanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Tofiq Məlikliyə, Nobel Sülh Mükafatı laureatı, MAGATE-nin əməkdaşı fəlsəfə doktoru Bəxtiyar Siracova və rəngkarlıqda "Opalizm" üslubunun banisi, Azərbaycanın Xalq rəssamı, professor Sakit Məmmədova fəxri döş nişanlarını və vəsiqələri təqdim etdi.

 

Mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı, Bakı Slavyan Universitetinin professoru Nuridə Novruzova, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin baş məsləhətçisi Rauf Məmmədov, Rusiya Yazıçılar Birliyinin üzvü, şair Eldar Əhədov, "Şərq-Qərb" nəşriyyatının direktoru Sevil İsmayılova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Akif Hacıyev laureatları təbrik etdi, Azərbaycanın xarici ölkələrdə imicinin formalaşmasında elmin, mədəniyyətin, mətbuatın rolundan, milli birlik ideyalarından söhbət açdılar.

 

Tədbirin sonunda "Persona Grata" fəxri döş nişanına layiq görülən Tofiq Məlikli, Bəxtiyar Siracov və Sakit Məmmədov onlara göstərilən etimada görə "Vətən" dərgisinin redaksiya heyətinə, habelə barələrində xoş və səmimi sözlər deyən mərasim iştirakçılarına öz dərin minnətdarlıqlarını bildirdilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər