"Paris Yay Olimpiya Oyunları - sevgi tarixidir".
İdman.biz xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax deyib.
BOK-un rəhbəri bu gün keçirilən mətbuat konfransında Paris-2024 Olimpiadasında təşkilatçılığı yüksək qiymətləndirib: "Olimpiadanın təşkilində böyük uğura nail olduq. Parisin küçələrində, Olimpiya Kəndində insanların və idmançıların çöhrəsindəki təbəssümə görə bilərsiniz. Fransalılar Oyunlara marağı, insanlara isti münasibəti hər yerdə hiss etmək mümkündür. Hamı Paris-2024 Olimpiadasına heyrandır".
Qeyd edək ki, Fransa paytaxtında iyulun 26-da start götürən olimpiadaya avqustun 11-də yekun vurulacaq.
İdman.biz