top
Şəxsi maraqlar Neftçini çökdürüb - Tahir Süleymanovla MÜSAHİBƏ Lent.az
18 sentyabr 2024, 10:40
- ↺ +

"Şəxsi maraqlar "Neftçi"ni çökdürüb" - Tahir Süleymanovla MÜSAHİBƏ

"Neftçi"nin idarə heyətinin sabiq üzvü Tahir Süleymanov apasport.az saytına müsahibə verib. Təcrübəli mütəxəssis "ağ-qaralar"ın bugünkü vəziyyətini şərh edib.

- "Neftçi" hazırda 4 xalla turnir cədvəlində 9-cu pillədədir. Bu barədə fikrinizi öyrənmək istəyərdim…
- Birmənalı olaraq "Neftçi" adına rəzalət, bağışlanmaz durumdur. Təbii ki, bunlar səbəbsiz deyil...

- Sizcə, "Neftçi"nin bu vəziyyətdə olmasının səbəbi nədir? Rəhbərlik, məşqçi, yoxsa futbolçular?
- İllərdir "ağ-qara"lar eyni, oxşar vəziyyətdədir.  Bəhanələrlə, araqatmalarla, vaxt istəməklə, hiyləgər manevrlərlə baş qatılır, azarkeşlər aldadılır, növbəti "qurban"larla, yerdəyişmələrlə zaman qazanılır. "Neftçi"nin problemi ideoloji, strateji klub idarəçiliyindədir. Klubun planlaşdırmasını, məşqçi -futbolçuların gətirilməsini, icraçı  rəhbərlərin seçimlərini edən kluba cavabdeh məsullardır. Ardıcıllıqla hər bir şəxs, rəsmilərdən tutmuş məşqçi və futbolçulara kimi vəzifələrinə uyğun günahkardırlar. 

- "Neftçi" hər mövsüm istər yerli, istərsə legioner futbolçular transfer edir, amma komandanın durumu elə də ürəkaçan deyil..
- Davamlı olaraq təhlillər aparılır, doğru yol göstərilir. Bu illər ərzində onlarla əcnəbi və yerli məşqçi dəyişdirilib, 100-dən çox legioner transfer edilib, 100 milyondan çox vəsait xərclənib. Kritik məqamlarda icraçı rəhbər "gedişləri", yerdəyişmələri edilib. Şəxsi maraqlar, peşəkarlıqdan uzaq addımlar "Neftçi"ni çökdürüb. Transferlər, "gediş-gəlişlər" komandaya deyil, klub daxilində və çölündə olan bir qrup adamların mənafelərinə qulluq edir. Belə yanaşma "Neftçi"də hazırkı vəziyyəti şərtləndirir.

- Bəs, bu gedişatla "Neftçi"dəki vəziyyət gələcəkdə necə olacaq?
- "Neftçi"nin xilası köklü və radikal qərarlardan, azarkeş birliyindən keçir. Beyinlər dəyişməyincə, səhvlər kənarda yox, daxildə, özlərində axtarılmayınca, belə də davam edəcək. Hikkə psixologiyasından əl çəkməyib, xalqın, dövlətin milyonlarını havaya sovurub uzaq Skandinaviyaya, Ukraynaya, yerli "müşavir"lərə üz tutmağa ehtiyac yox idi, "Neftçi"nin baş ofisindən yaşadığımız ünvana 10-15 dəqiqəlik yoldur. Təşrif buyurardılar, klubun bataqlıqdan, böhrandan çıxış yollarını göstərərdik. Bundan artıq nə deyilir ki?! Keçmiş AFFA ideoloqları bəlli idi. Bizimlə, "Neftçi", ümumi futbolla düşmənçilik edirdilər. Yeni gələnlərə nə olub, onların nə problemi var?! Bəla ondadır ki, "Neftçi" tarixinin ən uğurlu, titullu prezidenti Sadıq Sadıqov bu gün də SOCAR sistemində "Neftçi" İdman Klubuna rəhbərlik edir. Necə ola bilər ki, İsveçə, Türkiyəyə gedib çıxılır, vaxtilə 1-2 transfer üçün qapıdan içəri keçmək istəyən "müşavirlər"lə işbirliyi qurulur, eyni sistemdə çalışan, tarixi uğurlar qazanan insanla məsləhətləşilmir, çıxış yolları axtarılmır?! Deməli, məqsəd "Neftçi"nin dirçəlməsi yox, fərqli məqamlardır. Bunun başqa adı yoxdur! Ona görə də "Neftçi" hazırkı vəziyyətdədir. 

- Baş məşqçi oyuna görə, üzr istəyir, oyunun alınmadığını bildirir. Üzr istəmək əvəzinə vəziyyəti dəyişmək doğru olmazmı?
- 5 turdan sonra "Neftçi"ni əsaslı təhlil edib dəyərli azarkeşlərlə fikirlərimi bölüşmüşdüm. Baş məşqçi nağılları heç nə vəd etmirdi. Fasilədən sonra növbəti tur bunu əyani sübuta yetirdi. Dil-dil ötənlərin, roman əvəzinə hekayə belə yaza bilməyənlərin üzxahlıq videoları heç nəyi dəyişmir. Qeyd etdiyim kimi, problem tək baş məşqçidə deyil. Roman Qriqorçuk özbaşına kluba gəlməyib, özü-özüylə müqavilə bağlamayıb, gətirilib. Problem ondadır ki, hazırda klubdaxili çəkişmələr, "qurban" axtarışı davam edir və ilk sırada baş məşqçidir və bunun üzərində "işlər" aparılır. İcraçı rəhbərlər qaçıb gizlənib. Qorxaq "sərkərdələrin" zabit və əsgərləri meydanda nəinki tarixi, lokal qələbələr qazana bilməz! "Neftçi"də vəziyyətin dəyişməsi qlobal məsələdir. 

- Rəhman Hacıyev saytımıza açıqlamasında bildirib ki, futbolçular meydanda xarakter göstərməli, can qoymalıdırlar. Bu barədə nə düşünürsüz?
- Futbolçu açıqlamasına fikir bildirmək istəmirəm. İstənilən oyunçunun vəzifəsi meydanda futbol oynamaqdır. "Neftçi" kimi klubda xarakterin olması üçün, öncə rəhbər və məşqçilərin tarixi komandaya uyğun iddiası, xarakteri, qətiyyəti, məsuliyyəti, peşəkarlığı ilə birgə vəzifəyə yox, "Neftçi"yə verilən dəyər olmalıdır!

Nərmin Vüqarqızı

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Oxşar xəbərlər