top
Sevgilisi Ronaldonun ərəb klubuna keçidi ilə bağlı yeni təfərrüatları AÇIQLADI Lent.az
03 oktyabr 2024, 09:35
- ↺ +

Sevgilisi Ronaldonun ərəb klubuna keçidi ilə bağlı yeni təfərrüatları AÇIQLADI

2022-ci ildə Kriştiano Ronaldo "Mançester Yunayted"dən ayrılaraq Səudiyyə Ərəbistanına köçmək qərarı ilə futbol ictimaiyyətini təəccübləndirib və burada "Əl-Nəsr" komandası ilə müqavilə imzalayıb. 

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Onun sevgilisi Corcina Rodriqes artıq İngiltərədə qalmaq istəmədiyi üçün çox rahatladığını açıqlayıb.

Dünyanın ən yaxşı futbolçularından biri müqaviləsinin bitməsinə 7 ay qalmış "qırmızı şeytanlar"ı tərk edib. Bundan əvvəl məşqçi Erik ten Haq ilə bir neçə şifahi münaqişə baş verib.

Futbolsevərlər Kriştianu Ronaldonun "Əl-Nəsr"ə keçmək qərarından şoka düşüblər, çünki onlar yaşının çox olması səbəbindən karyerasını Çempionlar Liqasında iştirak edən klublardan birində keçirmək istəyəcəklərini gözləyirdilər.

Portuqaliyalı ulduz 2021-ci ildə "Mançester Yunayted"də ikinci karyerasına başlayan kimi, sevgilisi vəziyyətdən məmnun olub.
"Uşaqlarımızın məktəbinə daha yaxın olmağımız yaxşıdır, biz İtaliyada yaşadığımız zaman bu məktəbdən daha uzaqda idik, amma indi xəyalımı yaşayıram", - o zaman belə deyən Corcina Rodriqes lakin tədricən fikrini dəyişib.

"Kristiano mənə "Əl-Nəsr"də oynayacağını deyəndə çox rahatladım. Mən Mançesteri tərk etmək istəyirdim. Bilirdim ki, bizi böyük bir şey gözləyir. Səudiyyə Ərəbistanına getməzdən əvvəl çox həyəcanlı idik", - 30 yaşlı model bildirib.

Hər ikisi Səudiyyə Ərəbistanında yeni macəraları səbirsizliklə gözləsələr də, yeni mühitə uyğunlaşmaqda çətinlik çəkiblər və Corcina Rodriqes çox tez Madridə qayıtmaq barədə düşünməyə başlayıb. Lakin onlar, nəhayət Yaxın Şərqdə məskunlaşıblar və çox güman ki, Kriştiano Ronaldonun müqaviləsi başa çatan yaya qədər orada qalacaqlar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Oxşar xəbərlər