Savat idman növü üzrə Avstriyanın Veyz şəhərində klublararası Dünya Kuboku keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisi 7 (5 qızıl, 1 gümüş və 1 bürünc) medal qazanıb.
Savatın assault növü üzrə kadetlər arasında Ağamirzə Mahmudbəyli (30 kq), gənclər arasında Yasin İbrahimov (56 kq), Nicat Məhəmmədli (60 kq) və Əli Bəylərzadə (75 kq) qızıl medal qazanıblar.
Prokombat növündə isə Nicat Məhəmmədli (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Assault növündə böyüklər arasında Tutu İsmayılova (48 kq) gümüş, Həsən Əliyev (65 kq) bürünc medala yiyələniblər.