top
Sahil Babayev Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanan paralimpiyaçılarla görüşüb İdman.biz
28 sentyabr 2024, 22:03
- ↺ +

Sahil Babayev Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanan paralimpiyaçılarla görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanan paralimpiyaçılar və onların məşqçiləri ilə görüşüb.

İdman.biz xəbər verir ki, Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edən nazir, onlara növbəti yarışlarda da parlaq qələbələr arzulayıb.

Görüşdə bildirilib ki, paralimpiya komandamızın 169 ölkə arasında 28-ci yerdə qərarlaşması yüksək nailiyyətdir.

Prezident İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən Paralimpiya hərəkatının inkişafına yüksək diqqət və qayğısı nəticəsində paralimpiyaçılarımızın qələbələrinin artdığı vurğulanıb.

Dövlət başçısı tərəfindən paralimpiyaçıların sosial rifahının daim diqqətdə saxlanıldığı, bu ildən paralimpiya çempionları üçün xüsusi paralimpiya təqaüdünün təsis edildiyi, həmçinin medal qazanan idmançıların və onların məşqçilərinin mükafatlandırıldığı qeyd edilib. Habelə onların dövlət təltifləri ilə təltif edildiyi bildirilib.

Yeniyetmə paralimpiyaçıların da iştirak etdiyi görüşdə ölkəmizdə hər il keçirilən Uşaq Paralimpiya İdman Oyunlarının paralimpiya hərəkatının inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılıb.

Bu sahənin inkişafında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Milli Paralimpiya Komitəsi tərəfindən görüləcək birgə işlərə dair fikir mübadiləsi aparılıb.

Paris 2024 Yay Paralimpiya oyunlarının medalçıları İlham Zəkiyev və Lamiyə Vəliyeva, Parataekvondo üzrə milli komandamızın baş məşqçisi Fərid Tağızadə çıxış edərək göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər, ölkəmizi yeni qələbələrlə sevindirəcəklərinə əminliklərini ifadə ediblər.

Nazir Sahil Babayevə Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanan paralimpiyaçılarımızın imzaları olan köynək hədiyyə edilib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Oxşar xəbərlər