Gənclər və İdman Nazirliyi tərəfindən bölgələrdə keçirilən səyyar "Sağlam həyat" layihəsi davam edir.
İdman.biz xəbər verir ki, layihə çərçivəsində səyyar idman avtomobili 8 Noyabr - Zəfər Günündə Ağdam rayonunun Quzanlı qəsəbəsində olub.
Mərkəzi parkda baş tutan tədbirə 150-dən çox iştirakçı qoşularaq müxtəlif idman növlərində normativləri yerinə yetirib, fiziki bacarıqlarını sınayıb.
Qalib iştirakçılara sertifikatlar təqdim olunub.
İdman.biz