Rusiya ağırlıqqaldırma üzrə dünya çempionatında iştirak etməyəcək.
İdman.biz xəbər verir ki, bunu Rusiya Ağır Atletika Federasiyasının (RFAF) prezidenti Dmitri Vasilenko açıqlayıb.
Buna səbəb onların neytral statusla yarışlara qəbul edilməməsi ilə bağlıdır. Müraciət etmək də noyabrın 6-da yekunlaşıb.
Qeyd edək ki, dünya çempionatı dekabrın 4-dən 14-nə kimi Bəhreyndə keçiriləcək. Azərbaycanı mundialda neçə idmançının təmsil edəcəyi hələ açıqlanmayıb.
İdman.biz