top
Rüfət Hacılı: “Paris-2024-ün başlamasını səbrsizliklə gözləyirik” – MÜSAHİBƏ İdman.biz
20 avqust 2024, 10:47
- ↺ +

Rüfət Hacılı: “Paris-2024-ün başlamasını səbrsizliklə gözləyirik” – MÜSAHİBƏ

Azərbaycan millisinin Paris-2024 Yay Paralimpiya Oyunlarındakı nümayəndə heyətinin rəhbəri Rüfət Hacılının İdman.biz saytına müsahibəsi

- Paris-2024 Yay Paralimpiya Oyunlarına sayılı günlər qalıb. Son durumu necə qiymətləndirirsiz?

- Hamı kimi biz də mötəbər yarışın başlamasını səbrsizliklə gözləyirik. Əminəm ki, paralimpiyaçılarımız əvvəlki Yay Paralimpiya Oyunlarında olduğu kimi, yenə medallar uğrunda əzmkarlıqla mübarizə aparacaqlar. Daim ölkə başçısı cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunan paralimpiyaçılarımızın əsas məqsədi dördilliyin ən mötəbər yarışı uğurlu çıxışdır. Heyətdə Paralimpiya çempionları İlham Zəkiyev, Dürsədəf Kərimova, Raman Salei, Oloxan Musayev, Orxan Aslanov və Lamiyə Vəliyeva kimi titullu paralimpiyaçılarımız yer alıb. Komandamızın hər bir üzvünə inanırıq. Paralimpiyaçılarımız Paris-2024-ə əzmlə hazırlaşırlar. Bildiyiniz kimi, Olimpiya Oyunlarında medal qazanan idmançılarımız ötən həftə cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilərək təltif olunublar. Bu, bir daha dövlət başçısının idmana olan diqqətini göstərir.

- Lisenziya qazanan paralimpiyaçılarımızın bir qrupu artıq Fransadadır.

- Bəli, Fransa tərəfindən təklif olunan Ajan şəhərindəki Təlim-Məşq Mərkəzinə baxış keçirilərək paratletika, paraüzgüçülük, paragüllə atıcılığı və parakamandan oxatma üzrə milli komandamızın üzvlərinin Paralimpiadaya hazırlığı burada davam etdirilməsi qərara alınıb. Eyni zamanda, paracüdoçularımızla parataekvondoçularımız üçün müvafiq olaraq, Zaqatala və Qubada təlim-məşq toplanışı təşkil edilib.

- Komandamıza dəstək üçün hansı atılıb? Fransadakı səfirliyimiz və diasporamızla hansı tədbirlər nəzərdə tutulub?

- İnanıram ki, Fransada yaşayan soydaşlarımız paralimpiyaçılarımız yalnız buraxmayacaqlar. Təmsilçilərimizin dəstəksiz qalmaması üçün komitə tərəfindən müvafiq işlər görülüb. Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edilib, idmançılarımızın yarış cədvəli və məkanları haqqında məlumat göndərilib. Bundan əlavə, Bakıdan Parisə gedən nümayəndə heyəti paralimpiyaçılarımızı dəstəkləyəcək.

- Bəs yarışın ölkəmizdə canlı yayımlanması gündəmdədir?

- Əsas məqsədimiz paralimpiyaçılarımızın mübarizə aparacağı yarışların yayımlanmasıdır. Bu istiqamətdə yerli televiziya kanalları ilə danışıqlar davam edir. Sevindirici haldır ki, çağırışımıza səs verərək Paralimpiadanın yayımında maraqlı olan kanallarımız var. Biz də ilk dəfə olaraq Paralimpiya Oyunlarının yerli telekanalda canlı yayımlanmasını çox istəyirik.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:16

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Digər
Bu gün, 18:09

Günah özümüzdədir: Mərakeş deyilik – KÖŞƏ

Digər
Bu gün, 18:00

Endrik: “Milli komandada oynamaq ən böyük sevincimdir”

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu: “Neftçi” bu mövsüm çempion olacaq”

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Cüdo
Bu gün, 17:30

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Cüdo
Bu gün, 16:12

Fərid Qayıbov eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatının açılışında çıxış etdi

Futbol
Bu gün, 16:00

Cahangir Həsənzadə: “Lixtenşteynlə 3 xal qazanmaq üçün hazırıq”

Digər
Bu gün, 15:59

Hokkeyçi Ceykob Çikranın sərt zərbəsi nəticəsində Kazins buz meydançasından çıxıla bilmədi

Futbol
Bu gün, 15:57

Azərbaycan U-19 millisi Monteneqroya qarşı 7:2 məğlubiyyət yaşadı

Oxşar xəbərlər