"Roma"da böyük bir qalmaqal yaşanıb. Belə görünür ki, Artyom Dovbikin komandası A Seriyasında uğursuz startda günahkar axtarır və buna görə də klubda qeyri-sağlam ab-hava yaranıb.
Lent.az bildirir ki, "Giallorossi"nin məlumatına görə, son məşq zamanı "Roma" komandasının baş məşqçisi Daniele De Rossi yarımmüdafiəçi Brian Kristante ilə dava edib.
Dava hər ikisinin bir-birinin ünvanına bir neçə sərt ifadə işlətməsindən sonra başlayıb.
Qeyd edək ki, İtaliya çempionatının ilk iki turunda "Roma" 1 xal qazanıb. Son oyunda isə romalılar "Empoli"yə sensasiyalı şəkildə uduzublar.
Növbəti oyunda komanda "Yuventus"la qarşılaşacaq - oyun sentyabrın 1-də baş tutacaq.