Azərbaycanlı ağırlıqqaldıran Ravin Alməmmədov Çinin Ninqbo şəhərində keçirilən dünya çempionatında mübarizəsini başa vurub.
İdman.Biz xəbər verir ki, 85 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz birdən qaldırma hərəkətində 162 kq ağırlığın öhdəsindən gəlib.
Alməmmədov təkanla qaldırmada isə 198 kq nəticə göstərib. İki hərəkətin cəmində 360 kq toplayan atletimiz dünya çempionatını 12-ci pillədə tamamlayıb.
Qeyd edək ki, Ravin Alməmmədov 85 kq çəki dərəcəsində mübarizə aparan idmançılar arasında ən gənc iştirakçı olub.