"İdman Paytaxtı" Quba şəhərində III İdman Festivalının ikinci günü də maraqlı fəaliyyətlərlə yadda qalıb.
İdman.biz xəbər verir ki, idmançılar səhər idmanına üzgüçülük məşqləri ilə başlayıblar.
Daha sonra onlar üçün təşkil olunan vokal, rəsm, aktyorluq, milli rəqs dərsləri ilə davam ediblər.
Gün ərzində təlimçilər tərəfindən ilkin tibbi yardımın göstərilməsi, hərbi-vətənpərvəlik təlimləri təşkil edilib. İntellektual oyunlarda yeniyetmə idmançılara yaradıcı və məntiqi təfəkkürü inkişaf etdirən fəaliyyətlər təşkil olunub. Eyni zamanda ingilis dili dərslərinə qoşularaq əyləncəli və interaktiv metodlarla danışıq biliklərini inkişaf etdiriblər.
İdman.biz