"Benfika" klubunun yarımmüdafiəçisi David Neres karyerasını İtaliyanın top-klublarından birində davam etdirmək qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 27 yaşlı futbolçunun Premyer Liqa klublarının marağına baxmayaraq, bu yay transfer pəncərəsində Neapol klubuna keçməyə razılaşdığını qeyd edib. "Napoli" braziliyalı ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalamağa hazırdır və ona ildə üç milyon avro ödəyəcək.
Xatırladaq ki, David Neres ötən mövsüm Lissabon Benfikasının heyətində İtaliya çempionatında 24 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.