top
Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi olub Sport24.az
29 avqust 2024, 07:55
- ↺ +

Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi olub

Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi start götürüb. Sport24.az xəbər verir ki, Paralimpiadalar tarixində ilk dəfə tədbir stadiondan kənarda baş tutub. Mərasim Bakı vaxtı ilə saat 22:00-da məşhur Yelisey Çöllərində başlayıb. İştirakçıların paradı "Beş kral meydanı"ndan biri sayılan Parisdəki Konkord meydanında yekunlaşıb.

 

XVII Oyunların paradında 184 nümayəndə heyətində yer alan 6 minə yaxın idmançı və rəsmi şəxs iştirak edib. Azərbaycan yığması da tarixinin 8-ci analoji yarışına qatılıb. Tədbirdə Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandırıblar. Rəsmi və bədii hissələrdən ibarət açılışı 65 min tamaşaçı izləyə bilib. Onlardan 35 mini üçün ödənişli oturacaqlara bilet satılıb. Digər 30 min isə sərbəst şəkildə izləyib.

 

Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək Paralimpiadada 549 medal dəsti sahibini tapacaq. Fransa paytaxtında 7 növdə 18 idmançı ilə yollanan Azərbaycan yığmasını paraatletlər Rüfət Rəfiyev (nüvə itələmə, F36), Oloxan Musayev (nüvə itələmə, F55), Səid Nəcəfzadə (uzunluğa tullanma, T12), Orxan Aslanov (uzunluğa tullanma, T13), Lamiyə Vəliyeva (100 və 400 metr məsafəyə qaçış, T13), parataekvondoçular Sabir Zeynalov (58 kq, K44), İmaməddin Xəlilov (70 kq, K44), Əbülfəz Abuzərli (80 kq, K44), paraüzgüçülər Könül Süleymanova (50 və 100 metr məsafələrə arxası üstə üzmə, S2), Raman Saley (50 və 100 metr məsafələrə sərbəst üsulla üzmə, S12), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmə, SB13), paracüdoçular Dürsədəf Kərimova (+70 kq, J2), Xatirə İsmiyeva (+70 kq, J1), İlham Zəkiyev (+90 kq, J1), paraatıcılılar Kamran Zeynalov (tapançadan 50 m məsafədən atəşaçma, T4), Aybəniz Babayeva (tapançadan 50 m məsafədən atəşaçma, T4), parakamandan oxatan Cahan Musayev, parapauerliftinqçi Ceyhun Mahmudov (54 kq) təmsil edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:28

Qəbələ yeni sınaq matçı üçün tarixi təyin etdi

Basketbol
Bu gün, 15:20

Trabzonspor baş məşqçisi Sabahda məğlubiyyətdən sonra azad edildi

Voleybol
Bu gün, 15:12

Ordu voleybolu Avropada Debüt Edir: Norveçin Forde Klubuna Qarşı İlk Çempionat

Futbol
Bu gün, 15:11

Lamin Yamal küçədə gənclərə hədiyyə verdi

Futbol
Bu gün, 15:00

Kevin De Bruyne, Everton marağında: İngiltere'ye geri dönə bilər

Basketbol
Bu gün, 14:56

ABF idman direktoru: Sabahın Trabzonspor üzərində qələbəsi xüsusi əhəmiyyətə malikdir

Futbol
Bu gün, 14:49

Barselona Lisandro Martinesini transfer etmək planlaşdırır

Futbol
Bu gün, 14:31

Safonovun PSG-dəki maaşı aliment mübahisəsinə yol açdı

Basketbol
Bu gün, 14:24

ABF FIBA-yə qarşı CAS iddiasını açıqladı

Futbol
Bu gün, 14:20

Dirk Kuyt Fənərbağçadan ayrıldı

Futbol
Bu gün, 14:00

Röyal Nəcəfov: Xankəndiyə geri dönüş tarixdir

Futbol
Bu gün, 13:54

Lamin Yamal Avropanın TOP-5 liqasında dribbling rekordunu qaldırdı

Güləş
Bu gün, 13:40

Azərbaycan sərbəst güləşçiləri Qazaxıstanda 8 medal qazandı

Futbol
Bu gün, 13:20

Futbolçu millət yığmasının düşərgəsini tərk edib ‘Real’da qalacaq

Futbol
Bu gün, 13:15

Ronaldu ayrıldı, Portuqaliya millisinin biletlərinin qiymətləri kəskin düşdü

Futbol
Bu gün, 13:06

Lixtenşteyn-Azərbaycan oyunu üçün hakimlər təyin edildi;

Qarabağ FK
Bu gün, 13:00

Qarabağ ən yüksək topa sahibolma faizində, Kəpəz ən aşağıda

Basketbol
Bu gün, 12:59

Azərbaycan qadın basketbol millisi İsveçrə ilə oyuna ciddi itkilərlə çıxacaq

Futbol
Bu gün, 12:46

Sumqayıt kapitanı İsa Suliman Pakistan milli komandası üçün dəvət alıb;

Futbol
Bu gün, 12:40

Çox az insan 90 dəqiqə futbol izləyir

Güləş
Bu gün, 12:33

Davud Məmmədov Qazaxıstandakı beynəlxalq yunan‑Roma güləş turnirinin qalibi oldu;

Futbol
Bu gün, 12:29

Fənərbağça, Dirk Kuytla yollarını ayırdı

Futbol
Bu gün, 12:26

Antonio Konte, Manchester United baş məşqçi postu üçün Mauricio Poçetinno ilə rəqabət edir

Futbol
Bu gün, 12:15

Timoteuş Puxaç, 'Sabah'dan sonra Polşada 'Lex' klubuna qayıtmaq istədiyini açıqladı

Oxşar xəbərlər