Paris-2024 Yay Olimpiya Oyunlarının bədii gimnastika yarışlarında son medal dəsti uğrunda mübarizə başlayıb.
İdman.biz xəbər verir ki, qrup hərəkətləri üzrə komandalar final mərhələsinə start veriblər.
İlk çıxışda yığmalar 5 halqa ilə bacarıqlarını göstəriblər. Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət Azərbaycan millisi 34,850 xalla qiymətləndirilib. Komandamız ilk çıxışdan sonra 6-cı pillədədir. İkinci hərəkətdə iştirakçılar 3 lent və 2 topla çıxış edəcəklər.
Qeyd edək ki, yığmamız təsnifat mərhələsində 8-ci olub.
İdman.biz