top
Paris-2024: 4-ü qızıl olmaqla ümumilikdə 11 medal İdman.biz
08 sentyabr 2024, 12:40
- ↺ +

Paris-2024: 4-ü qızıl olmaqla ümumilikdə 11 medal

Paris-2024: 4-ü qızıl olmaqla ümumilikdə 11 medal

Hər beynəlxalq yarış Azərbaycanın bayrağını qaldırmaq, himnini səsləndirmək üçün bir fürsətdir. İdmançılarımız bu vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar.

Paris-2024 Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 3 bürünc medalla Azərbaycanın tarixində ilk dəfə ümumi hesabda 30-cu yeri tutmasına sevinmişdik. Paralimpiyaçılarımız da Paris-2024-də 11 medalla öz sözlərini dedilər. Medallardan 4-nün qızıl, 2-nin gümüş və 5-nin də bürünc olması sayəsində ölkəmiz ümumi hesabda 28-ci yerə yüksəlib.

İlk dəfə yeddi idman növündə

Maraqlıdır ki, Azərbaycan təmsilçiləri Paralimpiya Oyunlarında yarışların başladığı avqustun 29-dan sentyabrın 7-ə kimi, demək olar, hər gün (sentyabrın 1 və 6-sı istisnadır) medal əldə ediblər. Ümumilikdə 18 paralimpiyaçımızın ilk dəfə yeddi idman növündə yarışdığını və onlardan da səkkizinin mükafatçılar arasında yer aldığını fərəhlə vurğulayaq.

Atletika, üzgüçülük, cüdo və ilk dəfə də taekvondoda

Rəqəmlər deyir ki, paralimpiyada güclü olduğumuz növlərdən atletikada 3 qızıl və 1 gümüş, üzgüçülükdə 1 gümüş və 3 bürünc, cüdoda 1 bürünc, ilk dəfə taekvondoda da 1 qızıl və 1 bürünc medala imza atdıq. Əvvəllər atıcılıq və pauerliftinq növlərində də medallarımızın olduğunu xatırladaq.

Tokio-2020-nin qəhrəmanları Paris-2024-də də sözlərini dedilər

Əlbəttə, Paris-2024 Paralimpiya Oyunları qəhrəmanlarının adlarını da bir-bir çəkmək lazımdır.

Xüsusilə paraatletikanın ulduzu Lamiyə Vəliyevanın 100 və 400 m məsafələrə qaçışda nəticələri diqqəti çəkir: 22 yaşlı idmançı, Tokio-2020-də olduğu kimi, bu dəfə də 1 qızıl və 1 gümüş medal qazandı.

Uzunluğa tullanmada Orxan Aslanov da artıq ikiqat paralimpiya çempionudur.

Üzgüçü Raman Saley bundan əvvəl sahib olduğu 4 paralimpiya medalına daha üçünü (1 gümüş və 2 bürünc) əlavə etdi.

Əfsanəvi İlham Zəkiyev də 4 paralimpiya medalından ibarət kolleksiyasını daha bir bürünc mükafatla zənginləşdirdi. 44 yaşlı cüdoçu qızıl olan ilk medalını hələ Afina-2004-də qazanmışdı.

Tokio-2020-nin bürünc mükafatçısı Səid Nəcəfzadə uzunluğa tullanmada nailiyyətini yaxşılaşdıraraq bu dəfə pralimpiya çempionu oldu.

Üzgüçü Vəli İsrafilov isə əksinə - Tokio-2020-də qızıl qazanmışdısa, bu dəfə bürünclə kifayətləndi.

Taekvondoçular İmadəddin Xəlilov və Sabir Zeynalov isə Paralimpiya oyunlarında ilk dəfə fəxri kürsünün, müvafiq olaraq, ən yüksək və üçüncü pilləsinə qalxıblar – özü də bürünc mükafatçımızın cəmi 19 yaşı var!

Rasim
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Voleybol
Dünən, 21:38

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Oxşar xəbərlər