top
Paraatlet: Vətən Müharibəsində Şəhid Yoldaşının Ağır Xatirəsi Idman.biz
Bu gün, 14:32
- ↺ +

Paraatlet: Vətən Müharibəsində Şəhid Yoldaşının Ağır Xatirəsi

"Vətən müharibəsi ilə bağlı ən ağır xatirəm döyüş yoldaşımın şəhid olmasıdır. Yaxın dostum İsmayıl Qəsəbovla eyni qrupda xidmət edirdik, döyüşlərdə də bir yerdə iştirak edirdik. Noyabrın 7-də o şəhid oldu, mən isə yaralandım. Bu, mənim üçün çox ağır idi. Lakin qarşımızda yerinə yetirməli olduğumuz döyüş tapşırığı və məqsədimiz var idi. Əsas istəyimiz həmin tapşırığı icra etmək idi".

Bu sözləri Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Vətən müharibəsi qazisi və paraatlet Rasim Yaxin deyib.

O, 2011-ci ildən 2021-ci ilədək Daxili Qoşunlarda xidmət etdiyini bildirib.

"2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak etmişəm. İlk döyüşlərimiz Murovdağ istiqamətində başladı. Daha sonra Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etdim. Noyabrın 7-də Şuşada yaralandım. Sol biləyimdən və sol gözümdən xəsarət aldım. İki gün yaralı vəziyyətdə orada qaldım. Daha sonra hospitala aparıldım. Müalicəmdən sonra İdman Akademiyasında reabilitasiya keçdim.

Əslən tataram, amma Bakıda böyümüşəm. Atam da Bakıda doğulub. Özümü bakılı hesab edirəm. Müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə hələ olmamışam. Həmin ərazilərdəki dəyişiklikləri televiziya və videolar vasitəsilə izləyirəm. Görürəm ki, orada bərpa və quruculuq işləri aparılır, binalar tikilir, insanlar doğma evlərinə qayıdırlar. Bizim də əsas istəyimiz torpaqlarımızın işğaldan azad olunması və insanların öz evlərinə qayıtması idi", - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

R.Yaxin 2022-ci ildən paraatletika ilə məşğul olduğunu vurğulayıb:

"Uşaqlıqdan idmana marağım olub. Reabilitasiyadan sonra Paralimpiya Komitəsinə müraciət etdim. Dövlət tərəfindən mənim üçün protez hazırlanarkən idmanla məşğul olmaq istədiyimi bildirdim. Bunun üçün xüsusi idman protezi də hazırladılar. Hazırda məşqlərimi həmin protezlə davam etdirirəm. İlk beynəlxalq yarışım İsveçrədə keçirilən Qran-pri turniri olub. Həmin yarışda birinci yeri tutdum. 2023-cü ildə dünya çempionatında da iştirak etmişəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:40

Didye Deşam "Mançester Yunayted"in baş məşqçisi olmaq təklifini rədd etdi

Tennis
Bu gün, 15:31

WTA-nın İlin Yekun Turnirinin mükafat fondu 35,5 faiz azalaraq 10 milyon dollar oldu

Voleybol
Bu gün, 15:29

"Fənərbaxça"nın voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın futbolçusu İsmayıl Yakobsun məşhur gecə klubunda görünməsi iddiası diqqət çəkib

Futbol
Bu gün, 15:27

PFL I Liqada "Ayın qolu" çərçivəsində Bəhruz Teymurov mükafatlandırıldı

Futbol
Bu gün, 15:20

Fransanın bir futbol klubunun prezidenti 6 ay futboldan uzaqlaşdırıldı

Digər
Bu gün, 15:17

Yaylagül Ramazanova Asiya Kubokunda qızıl və gümüş medallar qazandı, Azərbaycan oxatma komandası yeni mərhələyə qədəm qoyur

Basketbol
Bu gün, 15:08

Şəki yeni baş məşqçisi Ceyhun Həsənli: 'Əsas liqaya daha güclü qayıtmaq istəyirik'

Futbol
Bu gün, 15:02

Real Madrid yenidən 2014/15‑deki məşhur əjdaha formasını təqdim etdi

Futbol
Bu gün, 14:53

"Kəpəz"in futbolçusu Benito: "Yüksək yerlər uğrunda mübarizə aparmaq gücündəyik"

Qarabağ FK
Bu gün, 14:40

Seltik Beşiktaş'ı 3:2 məğlub etdi – Baş məşqçi Duranı yüksək qiymətləndirdi

Futbol
Bu gün, 14:29

Denis Marandiçi Turan Tovuz futbolçusu Moldova millisinə dəvət alıb

Digər
Bu gün, 13:50

Azərbaycan üzgüçüləri Belarusdakı beynəlxalq turnirin ilk günündə 2 medal qazanıb

Minifutbol
Bu gün, 13:44

Azərbaycan – Latviya futzal qarşılaşmasının hakimi komandası müəyyən edilib

Futbol
Bu gün, 13:40

CONCACAF "Qızıl Kubok" turnirində 2027-ci ildən etibarən yeni format tətbiq olunacaq

Futbol
Bu gün, 13:39

Spalletti “Yuventus”da futbolçusu Xuan Kaballa mübahisə edib: “Diqqətli olmasan, yumruq vuracağam”

Qarabağ FK
Bu gün, 13:24

Turan Tovuzun kapitanı Qarabağla qarşılaşmadan məhrum olacaq

Digər
Bu gün, 13:09

Bakıda 19-21 Noyabrda Xüsusi Olimpiya Avropa Badminton Turniri keçiriləcək

Qarabağ FK
Bu gün, 13:00

Aslan Kərimov: “Qarabağ”da gedənlərin əvəzedilməsi və yeni gələnlərin keyfiyyəti mənəvi itkilərə səbəb olub”

Digər
Bu gün, 12:52

Futsal milliyati kapitanı Latviya matçı haqqında şərhlər verib

Qarabağ FK
Bu gün, 12:39

Qarabağın yarımmüdafiəçisi Reda Xadra ilk dəfə Livan milli komandası üçün dəvət edildi

Qarabağ FK
Bu gün, 12:20

Azərbaycan Milli Futbol Komandasının 2 Oyun üçün Heyəti Açıqlanıb

Futbol
Bu gün, 12:20

Nyukasl son 5 ildə Çelsi və Evertondan sonra ən çox sərmayə çəkən üçüncü klub olub

Futbol
Bu gün, 12:17

Emin Mahmudov: Andorra məcburi son milli matçım olacaq

Oxşar xəbərlər