top
Orxan Aslanov: “İdmançının bayramı medal qazandığı gündür” İdman.biz
12 sentyabr 2024, 14:28
- ↺ +

Orxan Aslanov: “İdmançının bayramı medal qazandığı gündür”

"Sevinirəm ki, vətənimə qızıl medalla qayıda bildim".

Bunu "İdman Bizdə" verilişinin qonağı olan Paris-2024 Yay Paralimpiya Oyunlarının uzunluğa tullanma üzrə qızıl medalçısı deyib.
29 yaşlı idmançı bildirib ki, növbəti Paraalimpiya oyunlarında iştirak etmək niyyətindədir: "Tokio-2020 Yay Paralimpiya Oyunlarında 26 yaşım vardı, indi isə otuza keçirəm. Bu yaşda belə sürətlə çıxış etmək təhlükəli olsa da, təcrübə də nəticəyə təsir göstərir. Bütün rəqiblərim deyirdi ki, sən bu mübarizədə bizə psixoloji olaraq qalib gəldin".

İkiqat Paralimpiya çempionu qeyd edib ki, qazandığı uğurlara görə qətiyyətinə borcludur: "Hər idmançı müəyyən bir yerə çatır, ancaq hamı maksimal uğur əldə edə bilmir. Professional idmançı karyerasını bitirdikdən sonra başqa iş axtaranda çox çətinlik çəkirsən. Məsələn, bu gün idmanı atsam, başqa məşğul olacağım bir iş yoxdur. Uzağı, idman müəllimi ola bilərəm.

Mən hər şeydən keçib idmana yönəlmişəm. Ancaq bu sahə ilə professional məşğul olmuşam. Digər məsələlərdə də həmişə idmanı üstün tutmuşam. Məsələn, dostlarım axşam saatlarında harasa çağırırdılarsa, gedə bilmirdim. Ailəmlə ad günü keçirdiyimi xatırlamıram. Həmişə məşqlərdə olmuşam.

Nə Novruz görmüşəm, nə də Yeni il. Müəllimim Nazim İsrafilov mənə deyirdi ki, idmançının bayramı medal qazandığı gündür.

Bütün çətinliklərinə baxmayaraq, idmana yönəldiyim üçün peşman deyiləm, yaxşı ki, bu yolu seçmişəm. Bundan sonra da karyeramı davam etdirib, gələcək Paralimpiya Oyunlarında iştirak etmək istəyirəm. Nə qədər imkanım varsa, çalışacam ki, Azərbaycan idmanına töhfə verim".

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:51

De Yonq: Çox az insan matçları 90 dəqiqə izləyir – müdafiəçi izah edir

Futbol
Bu gün, 19:37

İraq, İranın futbol komandasına təyinat sənədi üçün təyyarə enişinə icazə vermədi

Digər
Bu gün, 19:32

Tofiq Musayev: Zəfər Gününü qürurla qeyd edirik

Futbol
Bu gün, 19:29

"Bode-Glimt"ə evində Mançester Siti, İnter, Sporting və Bormuniya məğlub olub (Çempionlar Liqası)

Futbol
Bu gün, 19:28

Marafon və Dinamo qələbə qazandı

Digər
Bu gün, 19:22

Avstraliyada Kotton Kubokunda atdan yıxılan 22 yaşlı jokey İzzi Nil vəfat edib

Futbol
Bu gün, 19:08

Kukurelya: İngiltərənin Premier Liqası daha açıq və gözlənilməzdir

Digər
Bu gün, 19:03

İgidlər Göygöldə keçirilən intellektual yarışda birinci oldu

Futbol
Bu gün, 19:01

Oleq Baklov "King’s Cup 2026" turnirində Tacikistan millisinə dəvət olundu

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Oxşar xəbərlər