Azərbaycan Triptlon Federasiyası ölkə çempionatının keçiriləcəyini açıqlayıb.
İdman.biz xəbər verir ki, sprint formatında keçiriləcək yarış oktyabrın 6-da Pirallahıda baş tutacaq.
İştirakçılar 750 metr üzəcək, 20 km velosiped sürəcək, 5 km isə qaçacaqlar.
Qeyd edək ki, son illər respublika çempionatı ənənəvi olaraq Pirallahıda keçirilir.
İdman.biz