top
Olimpiya xalçasının yeni ağası və ya 56 illik seriyaya son - TƏHLİL İdman.biz
12 avqust 2024, 12:15
- ↺ +

Olimpiya xalçasının yeni ağası və ya 56 illik seriyaya son - TƏHLİL

Paris-2024 Yay Olimpiya Oyunları başa çatıb.

İdman.biz xəbər verir ki, son dövrlərdə olduğu kimi bu dəfə də Olimpiadanın final bölümü güləşçilərin mübarizəsi ilə yadda qalıb.

Paris-2024-ün son bir həftəsində 18 dəst mükafatın sahibi xalça üzərində bəlli olub. Sərbəst, yunan-Roma və qadın pəhləvanların mübarizəsi bir sıra maraqlı məqamlarla zəngin olub.

"Kralsız"
"Kral öldü, yaşasın yeni kral" ifadəsi Paris-2024-ün güləş yarışlarına uyğun gəlmir. Fransa xalçasında mübarizəni daha çox "Kralsız" adlandırmaq daha düzdür. Dünya güləşinin lideri olan Rusiya millisi Olimpiadaya qatılmayıb. Amma bütün aləmə səs salan Cənubi Rusiya, Qafqaz güləş məktəbi müxtəlif ölkələrin heyətində təmsil olunub. Təkcə bir faktı qeyd edək ki, 1996-cı ildən Olimpiadalara qatılan Rusiya millisi 7 cəhdindən altısında 1-ci yeri tutub. Yalnız Rusiya Olimpiya Komitəsi adı ilə qatıldığı Tokio-2020-də ikinci yeri tutub.

Yeni lider
Olimpiya güləşində yeni lider formalaşıb. Ardıcıl ikinci dəfə bu növdə 1-ci Yaponiya tutub. Dörd il əvvəl doğma divarlar arasında 5 qızılla lider olan "Gündoğar" ölkə təmsilçisi bu dəfə daha böyük üstünlük qazanıb. Təbii ki, bu da rusiyalıların yoxluğu ilə izah oluna bilər. 8 qızıl, 1 gümüş və 2 bürünc qazanan asiyalılar doğma Tokio-2020-dən fərqli, bu dəfə uzaq Avropada, "Köhnə qitə"nin mərkəzində zəfər çalıb. İkinci sıradakılar hərəyə 2 qızıl medal qazanmaqla 4 qat fərqlə geri qalıblar.

Tendensiyaya davam
Yaponiyanın liderliyi və ardıcıl iki zəfəri heç də ilk deyil. Asiyalılar 56 il əvvəl də eyni tərzdə fərqlənib. 1964-cü ildə evdə - Tokioda güləş yarışlarının ən yaxşısı olan Yaponiya dörd il sonra Meksikada zəfəri qoruyub. 56 il sonra tarix təkrarlanıb. Yenə Tokioda zirvə ələ keçirilib və dörd il sonra mövqeni qorumaq mümkün olub. Bununla da yapon güləşçilərin liderlik sayı 4-ə çatıb.

Şərikli liderlik, yoxsa...
Əvvəlki 29 Olimpiadanın güləşdəki liderlərinə baxsaq, iki ölkə şərikli rekordçudur. Bunlar SSRİ və Rusiyadır. 1992-ci ildə də MDB-nin birinci olduğunu nəzərə alsaq, şimal qonşularımız özlərini varis və 13 qat qalib saya da bilər. Əks təqdirdə isə SSRİ və Rusiya hamıdan çox hərəyə 6 dəfə Oyunların ən güclüsü olub. Finlandiya və Yaponiya hərəyə 4, Türkiyə, ABŞ və İsveç hərəyə 2 uğura sevinib. Almaniya və Böyük Britaniyanın da bir qələbəsi var.

Fiasko
Paris-2024-də diqqət çəkən daha bir məqam ABŞ-ın sərbəst güləşdəki fiaskosu olub. Şimali amerikalılar 6 çəkinin heç birində qızıl medal qazanmayıblar. Hərçənd yarışdan öncə Rusiyanın yoxluğunu əsas gətirən amerikalı mütəxəssislər pəhləvanlarından 6 qızıl da gözləyirdi. Bununla da ABŞ-ın 48 illik və 13 Olimpiadalıq qızıl seriyası qırılıb. Bu komandanın sərbəst güləşçiləri 1972-2020-ci illərdəki bütün Oyunlarda çempionluq yaşayıb. Sonuncu dəfə Mexiko-1968-də qızıla həsrət qalan yığma Paris-2024-də də eyni taleyi yaşayıb. Maraqlıdır ki, hər iki uğursuzluq Yaponiyanın ikinci zəfəri ilə üst-üstə düşüb.

Yaponlar gəlir
Ölkələrin Olimpiadaladakı ümumi medal sayına baxsaq, SSRİ 62, ABŞ 57 qızılla hamıdan öndə qərarlaşıb. Son iki yarışda 13 çempionluğu olan Yaponiya isə 45 qızılla liderlərə yaxınlaşıb. SSRİ-nin artıq olmaması, ABŞ-ın favorit sayılmadığını nəzərə alsaq, asiyalılar tezliklə zirvədə qərarlaşa da bilər. Amma 31 uğurla 4-cü olan Rusiya da xalça üzərinə qayıtmağı gözləyir. Yunan-Roma güləşində SSRİ 32 qızılla liderdisə, sərbəst üsulda ABŞ-ın 54 çempionluğu var.

Parisin 17-cisi
Dünya güləşinin liderlərindən danışarkən millimizdən bəhs etməmək olmur. Artıq neçə illərdir xalça üzərindəki öncüllərdən olan yığmamız Fransa paytaxtında istəyinə çata bilməyib. Tarixdə ilk dəfə finaldan kənar qalan güləşçilərimizin qazancı üç bürünc olub. Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medal qazanıb. Bununla da komandamız Fransa paytaxtında güləş üzrə 17-ci yeri tutub.

Tarixin 19-cusu
Ümumilikdə isə güləşçilərimiz 8 Olimpiadada 4 qızıl, 8 gümüş və 16 bürünc əldə edib. Maraqlıdır ki, gümüş qızılın, bürünc gümüşün iki mislinə bərabərdir. Bu, 1896-2024-cü illərin Oyunlarında ümumilikdə 19-cu nəticədir. Yunan-Roma güləşində 1 qızıl, 2 gümüş və 5 bürünc, kişi və qadınların sərbəst güləşində 3 qızıl, 6 gümüş və 11 bürünc qazanılıb.

Qeyd edək ki, Olimpiadalar tarixindəki 446 dəst medalı 70 ölkə təmsilçiləri qazanıblar.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Bu gün, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Bu gün, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Bu gün, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Bu gün, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Bu gün, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Bu gün, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Bu gün, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Bu gün, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Bu gün, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Bu gün, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Bu gün, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Bu gün, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Bu gün, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Bu gün, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Bu gün, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Bu gün, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Oxşar xəbərlər