Paris Olimpiya Oyunları mükafatçısı bədbəxt hadisə yaşayıb. Sport24.az xəbər verir ki, pnevmatik tapança ilə atəşaçmada gümüş mükafatın sahibi Kim Ye Ji Cənubi Koreyanın İmsil şəhərində mətbuat konfransı zamanı huşunu itirib.
10 dəqiqəyə özünə gələn Kim Ye Ji ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb. İdmançının vəziyyətinin Fransada keçirilən yarışlardan sonra pisləşdiyi deyilir.