top
Nurlana Məmmədzadə: “16 ildən sonra yenidən final mərhələsinə yüksəlmək sevindiricidir” İdman.biz
09 avqust 2024, 17:14
- ↺ +

Nurlana Məmmədzadə: “16 ildən sonra yenidən final mərhələsinə yüksəlmək sevindiricidir”

"Təsnifat mərhələsi çox gərgin keçdi".

Bunu İdman.bizə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.

O, Paris-2024 Yay Olimpiya Oyunlarında bədii gimnastika üzrə qrup hərəkətləri komandalarının təsnifat mərhələsində uğurlu çıxış edən Azərbaycan millisinin çıxışını dəyərləndirib. Baş katib bildirib ki, gərgin mübarizə bütün komandalarda hiss olunub: "Çünki bu, Olimpiya Oyunlarıdır, hər ölkə üçün böyük məsuliyyətdir. Dünyanın diqqəti Parisdə cəmlənib. Həqiqətən, təsnifat mərhələsinin gedişatı çox həyəcanverici idi. Bilirik ki, qızlarımız çox istedadlı və əzmkardırlar. Təbii ki, Olimpiadanın məsuliyyəti onlarda hiss olunurdu. Gimnastlarımız sona qədər mübarizə apardılar və hər iki çıxış zamanı çox ciddi səhvə yol vermədən öz proqramlarını yerinə yetirdilər".

Məmmədzadənin sözlərinə görə, 16 ildən sonra yenidən final mərhələsinə yüksəlmək çəkilən əziyyətin bəhrəsidir: "Olimpiadada qrup hərəkətləri komandamızla ilk dəfə Pekin-2008-də təmsil olunmuşuq və finala vəsiqə qazanmışıq. 16 ildən sonra bu nəticə təkrarlandı və Azərbaycan millisinin yenidən həlledici mərhələdə olması sevindiricidir. Bu, bütün Azərbaycanımızın uğurudur. Nəinki bədii gimnastika, deyərdim ki, gimnastikanın bütün növləri, eləcə də batut gimnastikası üzrə təsnifat mərhələsi final kimi keçdi. Düşünürəm ki, ilk mərhələ belə gərgin keçibsə, final daha çətin olacaq. Bu, idmandır. Hansısa proqnoz vermək çətindir. Komandaların çıxışlarından əvvəl verilən proqnozların çoxu bu dəfə özünü doğrultmadı. Burada şans və idmançıların psixoloji vəziyyəti həlledici rol oynayır. Bütün Azərbaycan təmsilçilərinə, o cümlədən qrup hərəkətləri komandamıza uğurlar arzulayıram. İdmançılarımız çox ciddi hazırlaşıblar və nəyə qadir olduqlarını da ən yaxşı özləri bilirlər".

Qeyd edək ki, halqalarla 33,850, üç lent və iki topla 28,150 xal toplayan komandamız iki hərəkətin cəmində 62,000 xalla təsnifat mərhələsini 8-ci pillədə bitirib. Həlledici mərhələ sabah Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Dünən, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Dünən, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Dünən, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Oxşar xəbərlər