Perunun paytaxtı Limada keçirilən atıcılıq üzrə gənclərin dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin daha bir snayperi hədəf önünə keçib.
50 m məsafədən tüfənglə atəş açmada Nigar Ramazanova da mübarizə aparıb. O, yarışı 599,3 xal nəticə ilə başa vurub. Təmsilçimiz bu göstərici ilə 43-cü yeri tutub.
Qeyd edək ki, mundial oktyabrın 7-dək davam edəcək.
İdman.biz